19 MANATA görə ÖLDÜRÜLƏN TAKSİ sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO

Bu gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülən Aydın Şıxəliyevin 7 mərasimidir.

Dəhşətli şəkildə qətlə yetirilən Aydın Şıxəliyev "yetimlər atası" kimi tanınırmış. Taksi xidmətilə çörək pulunu qazanan Aydın Şıxəliyev həmişə qohum-qonşunun köməyinə yetən biri olub.

Qonşuları BAKU.WS-ə bildirdilər ki, bu kişi "yetimlər atası" olub. Hamıya bacardığı qədər əl tutub. Kimin evində rəhmətə gedən olanda, o birinci köməyə gedirmiş. Həmin yerə şorqoğalı, çörəyi pulsuz paylayarmış. Heç kimdən pul götürməyib. Bu qədər yaxşı insan olub.

Aydın Şıxəliyevin həyat yoldaşı Firəngiz Şıxəliyeva hadisədən sonra böyük sarsıntı keçirib. O, hələ də həyat yoldaşının öldüyünə inana bilmir.

Qeyd edək ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin "Mersedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

Məlum olub ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi "Mersedes" markalı avtomobilə əyləşiblər.

Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Şamil Bayramov və Rahin Hüseynov üzərlərində olan bıçaqlarla Aydın Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.
19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO






Fikirlər