MARKETDƏN aldığı “LAFARELLA” MAKARONU bu hala düşdü – FOTOLAR
Keyfiyyətsiz olduğu, içindən qurd, mismar və s. çıxdığı səbəbi ilə istehlak məhsulları tez-tez gündəmə gəlir, media səhifələrinin ön sıralarını bəzəyirlər. Ona görə də insanlar istifadə zamanı brendləşmiş məhsullara üstünlük verir, onlara daha çox güvənirlər. Belə məhsullardan biri də televiziya səhnələrindən bizə tanış olan “Lafarella” makaronlarıdır. Görünür, haqqında danışdığımız məhsul da düşündüyümüz qədər ideal deyil. Minval.info saytı xəbər verir ki, şəkildə gördüyünüz məhsul bişirildikdən sonra üç gün soyuducuda saxlanılıb, daha sonra pis qoxu gəldiyi üçün baxıldıqda kənarlarının bənövşəyi rəng olduğu məlum olub. Bu haqda “Lafarella” makaronlarından istifadə edən Bakı sakini məlumat verib: “Bişirdik, sonra qoyduq soyuducuya. 3 gün sonra evi pis qoxu bürümüşdü. Baxdıq ki, həm iylənir, həm də rəngi bu hala qalıb. Nə yediyimizi bilmirik”. Həmin fotonu təqdim edirik.