DİQQƏT: Azərbaycanda satılan şokoladdan qurd çıxdı - VİDEO

Azərbaycanda mağazalardan birində satılan şokoladların içindən qurd çıxıb.

Bu barədə BakuPost.az-a şokoladı alan şəxslər məlumat verib. Onlar 1 gün əvvəl evlərinin yaxınlığından dükandan alınmış şokoladı açdıqda "sürpriz”lə qarşılaşdıqlarını bildiriblər. İstehlakçıların sözlərinə görə, qəhvəyi rəngli qablaşdırmada satılan məhsulların içində qurd oynayırmış.
"Creme Le Monde” adlı şokoladların qablaşdırmasının üzərində isə Bakı şəhəri, Bünyadzadə küçəsində istehsal edildiyi qeyd olunub.
 
 
Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məhsul 2 səbəbdən qurdlaya bilər: "Hətta təzə məhsul belə elə şəraitdə saxlana bilər ki, o çürüyüb, qurdlaya bilər. Onun ya saxlanma şəraiti uyğun olmayıb, ya da yararlılıq müddəti keçib. Bu iki səbəbdən biri onun qurdalamasına yol açıb”.
Eyyub Hüseynovun sözlərinə görə, belə məhsul satan şəxslər 1500 manat cərimələnə bilər. 
 
E. Hüseynov dövlətin gerçək istehlakçı siyasətinin olmamasının bu kimi hallara yol açdığını da vurğulayıb: "Bundan başqa biznes qurumların rəhbərləri hökumət tərəfindən yaradılmış şəraitdən sui-istifadə edir və istehlakçıların hüquqlarını pozur. Ölkədə qida təhlükəsizliyi ilə bağlı qanunun olmaması da əsas amillərdəndir. Təsadüfi deyil ki, bu ilin fevral ayında ölkə prezidenti qida təhlükəsizliyi agentliyinin yaradılmasıyla bağlı fərman imzalayıb. Bütün bu kimi məsələlər həll olunmalıdır ki, bazarlarda belə mallar olmasın”.
Ekspert bildirib ki, şokoladların qurdlaması faktına tez-tez rast gəlinir.
Məsələ ilə bağlı istehsalçı şirkətlə əlaqə yaratmaq mümkün olmadı.
 






Fikirlər