Baş nazirin KORTEJİNƏ bombalı HÜCUM, yaralılar var - FOTO

Baş nazirin kortejinə bombalı hücum, yaralılar var

Fələstin baş naziri Rami Hamdallahın kortejinə Qəzzada bombalı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış kortej şəhərə daxil olduqdan sonra eşidilib. Fələstin hökuməti də əsas hədəfin baş nazirin korteji olduğunu təsdiqləyib və baş verənlərə görə Qəzzanı nəzarəti altında saxlayan “Həmas”ı ittiham edib. 

Partlayışdan sonra silah səsləri eşidilib, insident zamanı 7 nəfər yaralanıb.  Baş nazirin səhhətinin isə yaxşı olduğu açıqlanıb. 

 


 






Fikirlər