"Barselona" və "Real"a milyonluq cəza
Avropa Birliyi Komissiyasının Rəqabət Komitəsi İspaniyanın 7 futbol klubunu cəzalandırıb.
ANS PRESS-in məlumatına görə, buna səbəb həmin klubların qanunsuz sosial yardım alması göstərilib.
Yerli mətbuatın yazdığına görə, bunlar "Real” (Madrid), "Barselona”, "Atletik” (Bilbao), "Valensiya”, "Osasuna”, "Herkules” və "Elçe”dir. 7 kluba ümumilikdə 68,8 milyon avro cərimə kəsilib və onlara bu barədə məlumat verilib.
Ən böyük cəza (20.4 milyon avro) "Valensiya”ya verilibsə, "Real”a 18.4, "Barselona”ya isə 5 milyon avro cərimə kəsilib.
Həmçinin “Barselona” yığmasının ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır. Bu barədə "La Nacion" məlumat yayıb.
“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir”. Məlumata görə, bu məlumatı Messinin adını gizli saxlayan sabiq komanda yoldaşı mediaya ötürüb.
"Kopa Amerika" çempionatı çərçivəsində Messi sonuncu dəfə Argentina-Çili qarşılaşmasında milli formanı geyinmişdi. Matçın əsas hissəsi heç-heçə bitdiyi üçün rəqiblər penalti zərbələri ilə oyunun taleyinə aydınlıq gətirmək məcburiyyətində qalmışdılar.