Çingiz Abdullayevin "Neftçi"dəki məvacibi — AÇIQLANDI
İki gün öncə saytımızda dərc olunan "Çingiz Abdullayevin 50 minlik məvacibi, Ramin Musayevin "Neftçi" qisası və fatihə — ARAŞDIRMA" adlı yazıya qarşı tərəfdən reaksiya gəlib. Xalq yazıçısının mətbuat katibi Rüstəm Fətəliyev redaksiyamızla əlaqə saxlayaraq bunları deyib: "Çingiz Abdullayevin "Neftçi"dən 50 min manat məvacib alması doğru deyil. Onun bu klubdan aldığı əməkhaqqını açıqlayıram - 1 manat". Xatırladaq ki, Çingiz Abdullayev 2015-ci ildən "Neftçi" komandasının Müşahidə Şurasının sədri vəzifəsini icra edir.