Pike Şakiranı necə yoldan çıxartmasından danışdı – FOTOLAR
"Barselona" və İspaniya yığmasının müdafiəçisi Jerar Pike “TV3” kanalına verdiyi müsahibəsində Şakira ilə tanışlığının detalları və onun qəlbini necə fəth etməsi barədə danışıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaraşıqlı futbolçu Şakira ilə Madriddə 2010-cu il dünya çempionatına hazırlıqları və müğənninin “Waka Waka” klipinin çəkilişləri zamanı tanış olduğunu deyib: “Hər şey Cənubi Afrikada mənim ona yazmağımla başladı. İkinci görüş Cənubi Afrikada keçdi. Şakira ilə söhbətin baş tutması üçün ona mənasız sual verdim. Mən ona yazanda Şakira artıq Cənubi Afrikada idi, çünki açılış mərasimində ifa etməli idi. Ondan havanın necə olduğunu soruşdum. Bu, tipik axmaq sual idi. Və belə sualların adətən adi bir cavabı olur: “Gödəkçəni götür" Amma Şakira bu suala ətraflı cavab verməklə məni təəccübləndirdi. O, orada havanın necə olmasının detalları barədə mənə danışmağa başladı. Hər şey onunla bitdi ki, mən Şakiraya onu yenidən görmək üçün finala çıxacağacağımızı dedim. O, finalda da ifa etməli idi. Biz finala çıxmaqla qalib olmaq şansı qazandıq. Və biz bunu edə bildik". Xatırladaq ki, 29 yaşlı Pike ilə 39 yaşlı Şakira 6 ildir birlikdədir. Onlar rəsmi evli olmasalar da, bu nikahdan Milan və Saşa adlı iki övladları var. .