Azərbaycanlı kikboksçu Türkiyədə güllələndi – REANİMASİYADADIR
Türkiyənin Kastamonu şəhərində silahlı insident olub. BakiPost.az-a daxil olan məlumata görə, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Güllələnənlər arasında azərbaycanlı kikboksçu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.