Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü — VİDEO
AzerTaym.az Report-a istinadən xəbər verir ki, döyüş şənbə günü, sentyabrın 23-də baş tutub. Pradip qarşılaşma zamanı başından bir neçə güclü zərbə alıb və hansısa məqamda şok vəziyyətinə düşüb. Bu səbəbdən hakim görüşü dayandırıb və Subramanyanın 41 yaşlı rəqibi, məşhur asiyalı bloqqer Stiven Limaya texniki nokautla qələbə verib. 32 yaşlı bodibilder isə xəstəxanaya aparılıb və təqribən axşam saat doqquz radələrində dünyasını dəyişib.