Ronaldo və Messinin səsi KİMLƏRƏ GETDİ?

Ronaldo və Messinin səsi kimlərə getdi?

"The Best"in son qalibi Kriştiano Ronaldo (Portuqaliya/ "Real") və finalçı Lionel Messinin (Argentina/ "Barselona")  kimlərə səs verdiyi müəyyənləşib.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumunun "The Best"lə bağlı keçirdiyi sorğuda Portuqaliya millisinin kapitanı qismində səs verən K.Ronaldo "Real"dakı komanda yoldaşlarını ən yaxşılar arasında görüb. O, müvafiq olaraq Luka Modriç, Serxio Ramos və Marselonu ilk "üçlük"də görüb.

Messi isə Luis Suaresi birinci, Andres İnyestanı ikinci, Neymarı üçüncü yerə layiq bilib.
 






Fikirlər