MESSİ milli karyerasını başa vuracaq? - AÇIQLAMA
Argentina millisinin ulduzu Lionel Messi dünya çempionatından sonra yığma karyerasını başa vura biləcəyi haqda açıqlama verib. AzerTaym.az xəbər verir ki, bu qərar "tanqoçular"ın mundialdakı çıxışında asılı olacaq: "Nə olacağını bilmirəm. Yarışdakı çıxışdan çox şey asılı olacaq. 2014-cü ildə finalda uduzduq. Kopa Amerika turnirinin də iki həlledici görüşündə məğlub olduq. Milli komandanın uğurları Argentina mətbuatına kifayət etmir. Üç dəfə finalda uduzmağımız bir gerçəkdir. Ancaq 3 həlledici oyuna vəsiqə qazanmaq da asan deyil və buna görə minnətdar olmaq lazımdır. Yaxşı futbolçularmız var. Turnirdə digər komandalarda da yaxşı oyunçular var. Heç bir rəqibdən çəkinmirik".
Argentina dünya çempionatında İslandiya, Nigeriya və Xorvatiya ilə birgə D qrupunda qərarlaşıb.