“QARABAĞ” YENƏ “Arsenal”a UDUZDU
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” da bu turnirin cari mövsümündə sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi son turda İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyır. Ağdamlıların “Arsenal”la ilk oyunu Bakıda baş tutub və “topçular” 3 cavabsız qolla qalib gəliblər. "Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə evdə minimal hesabla uduzan Azərbaycan çempionu səfərdə oxşar hesabla qalib gəlib - 1:0. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0). Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidi. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədilər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib. Avropa Liqası 00:00. Arsenal - Qarabağ 00:00. Sportinq - Vorskla Arsenal - 13, Sportinq - 10, Vorskla - 3, Qarabağ - 3. *** Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar: *** Matç başladı. *** Aleksandr Lakazet 17-ci dəqiqədə fərqlənir. “Arsenal” 1:0 hesabı ilə öndədir. *** Oyunda son 40 dəqiqə geridə qalsa da, “Qarabağ” rəqibin qapısından qol keçirə bilməyib. *** Komandalar fasiləyə yollandı. *** İkinci hissə başladı. *** Matç “Arsenal”ın qələbəsi ilə bitdi. Xatırladaq ki, “Qarabağ” bu il oktyabrın 4-də Bakıda “Arsenal”la qarşılaşmasında da bu kluba 0:3 hesabı ilə məğlub olmuşdu.
E qrupu
13 dekabr
Baş hakim: Yens Moe.
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen.
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq.
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
London. "Emireyts” stadionu
“Arsenal”: 26. Emiliano Martinez, 4. Mohamed Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni, 9. Aleksandr Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka
“Qarabağ”: 13. Vaqner, 52. Yakub Jezniçak, 14. Rəşad Sadıqov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 17. Abdellah Zubir, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov