Almaniya və İngiltərə çempionu darmadağınla başladı
Çempionlar Liqasının qrup mərhələsində ilk tura yekun vurulub. Məlumata görə, dünən E, F, G, H qruplarında da mübarizəyə start verilib. Gecənin ən çox diqqət çəkən matçı Romada baş tutub. ÇL-in son qalibi "Barselona" İtaliyanın paytaxtında "canavarlar"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. Çempionlar Liqasının digər nəhəngi "Çelsi" isə öz meydanında "Makkabi"ni darmadağın edib - 4:0. Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur 16 sentyabr E qrupu Bayer (Almaniya) - BATE (Belarus) 4:1 Mehmedi, 4. Hakan Çalhanoğlu, 47; 75-p. Ernandes, 59 - Milunoviç, 13. Roma (İtaliya) - Barselona (İspaniya) 1:1 Florenzi, 31 - Suares, 21. F qrupu Dinamo Z (Xorvatiya) - Arsenal (İngiltərə) 2:1 Çemberleyn, 24-a/q. Fernandes, 58 - Uolkott, 79. Qırmızı vərəqə: Jiru (Arsenal), 40. Olimpiakos (Yunanıstan) - Bavariya (Almaniya) 0:3 Müller, 52; 92-p. Getse, 89. G qrupu Dinamo (Kiyev, Ukrayna) - Portu (Portuqaliya) 2:2 Qusev, 20. Buyalski, 89 - Abubakar, 23; 81. Çelsi (İngiltərə) - Makkabi T-Ə (İsrail) 4:0 Vilyan, 15. Oskar, 45-p. Dieqo Kosta, 58. Fabreqas, 78. H qrupu Valensiya (İspaniya) - Zenit (Rusiya) 2:3 Kanselo, 55. Andre Qomes, 73 - Halk, 9; 44. Vitsel, 76. Gent (Belçika) - Lion (Fransa) 1:1 Miliçeviç, 68 - Jallet, 58.
Qırmızı vərəqə: Deyaqere, 41. Foket, 87 (hər ikisi - Gent).