Azərbaycan çempionatı 165 gündən sonra başlayır
Futbol üzrə Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatır. “Qafqazinfo” xəbər verir ki, bu gün 2020/21 mövsümünə start veriləcək. 29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçiriləcək. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gələcəklər. Günün ikinci oyunu Avroliqadakı digər təmsilçimiz “Neftçi” ilə indidən autsayder hesab olunan “Səbail” arasında baş tutacaq. Qeyd edək ki, ilk tur çərçivəsində avqustun 22-də “Qarabağ” – “Sabah”, 23-də isə “Qəbələ” – “Zirə” qarşılaşmaları da baş tutacaq. Azərbaycan Premyer Liqası 1-ci tur 21 avqust 18:30. “Sumqayıt” – “Keşlə” Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı. “Sumqayıt Arena”. 20:30. “Neftçi” – “Səbail” Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov. Bakı. 8-ci km stadionu.