“QARABAĞ” “Neftçi”ni darmadağın etdi - FOTOLAR
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. "Qafqazinfo" xəbər verir ki, turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0. Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək 20 xalla vahid lider olub. Azərbaycan Premyer Liqası, IX tur 30 oktyabr (şənbə) 16:00. “Zirə” – “Keşlə” - 2:0 Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42 Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu 18:30. “Qarabağ” – “Neftçi” - 4:0 Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2 Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”