Şahidlər 6 il öncə idmançıya qarşı yalan ifadə verdiklərini - Etiraf etdilər

 

“Şahidlər 6 il öncə idmançıya qarşı yalan ifadə verdiklərini - Etiraf etdilər

 2009-cu ildə  şərlənərək həbs edilən idmançı azadlığa çıxa bilər.

 "AzerTaym.az" basta.com saytına istinadən xəbər verir ki, artıq zərərçəkənlər ərizə verərək qaydasız döyüş üzrə Avropa çempionu Azad Məmmədova qarşı 6 il öncə məhkəmədə verdikləri ifadələri təkzib ediblər. Şahidlər Bəsti İsmayılova, Həqiqət Yusibova, Gülxarə Səfərova oxşar izahat yazaraq bildiriblər ki, məhkəmədə digər zərərçəkmiş kimi tanınan Sahibə Həsənovanın onlara külli miqdarda borcu olub: “Sahibə bizə dedi ki, əgər borcunuzu qaytarmağımı istəyirsinizsə, məhkəmədə Azadın üzünə durun. Deyin ki, siz pulu mənə vermisiz, mən də sizin yanınızda həmin pulu Azada vermişəm. Biz əvvəl razılaşmasaq da, sonra məcbur olub belə ifadə verdik”.

2009-cu ildə Bakı Ağır Cinmayətlət Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Azad Məmmədov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Zərərçəkmiş kimi tanınan Sahibə Həsənovanın qızı Gülxar Sadıqova da prezident İlham Əliyevə müraciət edərək anasının əməlləri barədə məlumat verib: “... Anam Sahibə Həsənova hər dəfə kimisə qorxutmaq və ya özünü öymək istəyərkən fəxrlə deyirdi ki, mən Azad Məmmədov kimi adamı həbs etdirmişəm, indi türmədə çürüyür, siz kimsiz ki!”

Məsələ ilə bağlı Azad Məmmədovun vəkili Adəm Məmmədov Ali Məhkəmənin plenumuna rəsmi müraciət ünvanlayıb.

 

 

 






Fikirlər