14.01.2014. - İlin ən yaxşı qolu - (Video)

14.01.2014. -  İlin ən yaxşı qolu - (Video) 2013-cü ilin ən yaxşı qolu bəlli olub.

AzerTaym.az saytı xəbər verir ki, “Ferents Puşkaş” mükafatının sahibi Zlatan İbrahimoviçdir. PSJ-də (Fransa) top qovan hücumçunun İsveç millisinin heyətində İngiltərəyə vurduğu qol dünən Sürixdə (İsveçrə) keçirilən ənənəvi törəndə ilin ən yaxşısı seçilib.
Bu mükafata digər namizədlər Nemanya Maniç (“Benfika”-“Portu” oyununda vurulan qol) və Neymar (Braziliya-Yaponiya oyuunda vurulan qol) idi.
FİFA-nın rəsmi saytına danışan isveçli futbolçu sevincini gizlətməyib: “Mənə səs verən hər kəsə təşəkkür edirəm. Təbii ki, evə iki mükafatla yollanmaq daha əla olardı. Lakin yenə də xoşbəxtəm. Vurduğum qola gəlincə isə bu elə də asan olmadı. Bu günü ömrümün sonuna kimi xatırlayacam. Ümid edirəm ki, belə qolu daha heç kim vurmayacaq”.






Fikirlər