Dünyanın ən güclü insanları — FOTOLAR
İnsan üçün ağıl qədər güc də çox önəmlidir. Əbəs deyil ki, bir çox hallarda cəmiyyətdə güc sahibləri xüsusi statusa malik olurlar. Məsələn, kim bilir, Mayk Tayson bu qədər böyük gücə sahib olmasaydı, indiki kimi populyar olardımı?Beləliklə, Ölkə.az dünyanın ən güclü insanlarının bir qismi haqda yazını təqdim edir. MMA döyüş növünün əfsanələrindən sayılan Fyodr Emelyanenko on il ərzində məğlub olmayıb. Dörd dəfə dünya, yeddi dəfə Rusiya çempionu olub. Sakit görünüşü ilə diqqət çəkən Fyodr haqda Maky Tayson bunları deyib: “Fyodr Emelyanenko idman tarixində ən sevdiyim idmançıdır. O, həmişə rinqdə ən balacadır, amma sonda qalib də özü olur. Heç vaxt onun kimi döyüşçü görməmişəm”.
Maykl Makastr ilk dəfə rekord qırmağa cəhd edərkən ciddi zədə alır və uzun müddət fiziki terapiya qəbul etməli olur. Lakin bu da böyük güc və əzm sahibi olan insanı dayandırmağa yetmir. Beləliklə o, belində 13 kq ağırlığında çanta ilə 2-4 saat ərzində 5804 dəfə çəkinərək dünya rekorduna imza atır. Rekorddan dərhal sonra reanimasiyaya yerləşdirilən Maykl öz qələbəsini şərh edə biləcək gücdə olmasa da, dünyanın ən güclü insanları siyahısında adını tarixə yazır.
Amerikalı Coni Salafın 1929-cu ildə təyin etdiyi rekord indiyə kimi qırılmayıb. Belə ki, Salaf 79 gün müddətində saatda 11 kilometr sürətlə 5898 kilometr qaçmağı bacarıb.
Kevin Fast ilk rekorduna 57 ton ağırlığında olan yük avtomobilini 30 metr dartaraq imza atmışdı. Amma o bununla kifayətlənməyərək, növbəti rekordu ilə bütün dünyanı özünə valeh etdi. Təsəvvür olunması çətin olsa da o, 2009-cu ildə 108 ton ağırlığı olan təyyarəni 9 metr çəkərək dünyanın ən güclü insanları siyahısında layiqli yerini aldı. Kevin Fastın sonuncu nailiyyəti 22 qadını eyni anda çiyinləri üzərinə qaldırması olub.
Arnold Şvartsneggeri bodibildinqin ikonu adlandırırlar. Karyerasına 15 yaşında başlayan Arnold 20 yaşında göstəricilərinə görə "Cənab kainat" adını alır. Onun uğurlarından biri də 7 dəfə "Cənab Olimpiya" adını almasıdır. O, təkcə idman sahəsində deyil, həm də film, biznes, siyasət kimi sahələrdə ən uğurlu insanlardan olmağı bacarır. İdmançı ən yaxşı olma arzusu, inanılmaz zəhmətsevərliyi və özünə inamı ilə milyonlara nümunədir.