Avropa futbolunda yeni SUPERLİQA yaranır

“Barselona” futbol klubu UEFA Çempionlar liqasının ləğv edilməsini və ən güclü klubların çıxış edəcəyi Avropa Superliqasının yaradılmasını istəyir.

Virtualaz.org “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, Avropa Klublar Assosiasiyası hələlik UEFA ilə açıq münaqişəyə daxil olmaq istəmir. Lakin qitənin ən məşhur klubları Çempionlar liqasının indiki formatından narazıdırlar. Onların fikrincə, yarışda UEFA əmsallar cədvəlində aşağı yerləri tutan ölkələrin komandaları da iştirak edir və bu, turnirdəki rəqabəti azaldır, həmçinin dünyanın aparıcı teleşirkətləri üçün bu yarışa olan marağı azaldır.

“Biz elə bir Avroliqa yaratmalıyıq ki, onu klublar özləri idarə etsinlər. İndi FİFA və UEFA kimi təşkilatlardan çox asılı vəziyyətdəyik. Buna görə də, məqsədimiz tam fərqli bir turnir yaratmaqdır”, - bunu “Barselona” klubunun maliyyə əməliyyatları üzrə vitse-prezidenti Süzana Monye deyib.

Superliqa, onun tərəfdarlarının fikrincə, NBA və NFL kimi qapalı olmalıdır, yəni burada hər il eyni komandalar yarışacaq və yeniləri qəbul edilməyəcək.






Fikirlər