“Futbolumuza haram QATMAMALIYIQ”
İcraiyyə Komitəsinin iclası başa çatıb. İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə Millinin baş məşqçisi Qurban Qurbanov birgə mətbuat konfransı keçirib. “AzerTaym” xəbər verir ki, Rövnəq Abdullayev bildirib ki, Azərbaycan milli komandalarına təyinatlar rəsmiləşib: “Bu barədə detalları danışmıram, Qurban Qurbanov danışar. Çünki seçim onun tərəfindən edilib”. R.Abdullayev oyun alqı-satqısına gəlincə bildirib ki, bu istiqamətdə son zamanlar araşdırma aparılıb: “UEFA bu məsələyə ciddi yanaşır. Hətta Azərbaycan birinci divizionunu yoxlayır. Futbolla məşğul olan adam mərc oyunlarında iştirak etməməlidir. Bu qanunla da qadağan olunub, çünki artıq cinayət məsuliyyətidir. “Keşlə”nin 2 oyunçusu və “Neftçi”nin məşqçisi tutulub və prokurorluğa verilib. "Kəpəz" AFFA tərəfindən maliyyələşir. Bizim orda nümayəndələrimiz var idi. Təəssüf ki, onlar maliyyə pozuntusu etməyə cəhd etmişdilər. Alınmadı və onlar qovuldu. Bəziləri deyə bilər ki, manipulyasiyaya görə qəti tədbirlər görüldü. Onlar ömürlük uzaqlaşdırıldı. Bu hər zaman belə olacaq. Bilirsiz, Serbiyada, Xorvatiyada güclü klublar mərc oyunlarında iştirak etdilər, haram qatdılar deyə zəiflədilər. Futbolumuza haram qatmamalıyıq".