01.03.2014. - Azərbaycanın xarici borcu 6 milyardı keçdi

01.03.2014. -  Azərbaycanın xarici borcu 6 milyardı keçdi"Belə ki, əgər 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə indi bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3 ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb".

AzerTaym.az məlumat verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ANS-ə açıqlamasına deyib. O bildirib ki, ölkədə xarici borcun illik orta artımı 20 faizdən çox olub. Ekspert qeyd edirki, Azərbaycanda xarici borcun illik yuxarı hədd limiti 2.3 milyard manatdır:

"Nazirliyin xarici borc ilə bağlı rəsmi rəqəmlərinin təhlili göstərir ki, Azərbaycan xarici borclarının mövcud vəziyyətinin bir sıra müsbət və mənfi tərəfləri var.

Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.

Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Qonşu Gürcüstan və Ermənistan isə Ukrayna, Qazaxıstan ilə birlikdə MDB-də ən pis göstəriciyə malik ölkələr hesab edilirlər.

Mütəxəssisin bildirir ki, Azərbaycanda dövlət rezervlərinin məbləği xarici borcları 9 dəfəyə yaxın üstüləyib:

"Azərbaycanda adambaşın düşən 647.8 dollardır və bu göstəriciyə görə MDB-də yalnız Özbəkistana uduzuruq. Qonşu Gürcüstanda bu göstərici 2923 dollar, Ermənistanda 2755 dollar, Rusiyada 4433 dollar, Ukraniyada 3810 dollar, Qazaxıstanda isə 7824 dollardır.

Azərbaycan misalında digər müsbət məqam isə dövlət rezervlərinin məbləğinin xarici borcları 9 dəfəyə yaxın üstüləməsidir. Bu da “sığorta yastığının” formalaşdırılmasına imkan verir".


Ekspert xarici borcların azaldılması üçün bir sıra çıxış yolu irəli sürüb. Vüqar Bayramovun fikrincə, xarici borclanmadakı artımın qarşısıının alınması üçün növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanununa həmin limitin azaldılması daha məqsədəuyğundur:

01.03.2014. -  Azərbaycanın xarici borcu 6 milyardı keçdi

"Ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borların məbləğinin son illər artmasıdır. Belə ki, əgər 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3.7 milyard dollar idisə indi bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3 ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb. İllik orta artım isə 20 faizdən çox olub. Azərbaycanda xarici borcun illik yuxarı hədd limiti 2.3 milyard manatdır.

Eyni zamanda, Maliyyə Nazirliyinin mütəmadi olaraq, ən azı ildə 1 dəfə, xarici borcların məbləği ilə bağlı ictimaiyyəti məlumatlandırmasına ehtiyac var. Nazirlik son məlumatdan öncə yalnız 2011-ci ildə xarici borcları məbləği ilə bağlı açıqlama yaymışdı. Bu isə o deməkdir ki, nə 2012-ci, nə də 2013-cü ildə nazirlik xarici borclanma ilə bağlı məlumatları ictimaiyyətə çatdırmayıb. Bu isə xarici borcların artım dinamikasını zamanında izləməyə imkan vermir"
.






Fikirlər