SAMİR Şərifov: “2016-cı ilin dövlət büdcəsinin icrasında heç bir problem görünmür”
Azərbaycan hökuməti 2016-cı ilin dövlət büdcəsinin icrasında heç bir problem görmür.
Bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifovun sözlərinə görə, dövlət büdcəsinin icrasında heç bir problem yoxdur və görünmür.
Nazir ölkədə pul kütləsinin artması ilə əlaqədar inflyasiya təzyiqinin artması imkanı mövzusuna toxunaraq qeyd edib ki, belə söhbətlərin reallıqla heç bir əlaqəsi yoxdur. (“Trend”)
AzerTaym.az