Azərbaycan bu ölkəyə KREDİT ayırır

Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır.

 APA xəbər verir ki, vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir.

 Kreditin məbləği 175 mln. avro, müddəti isə 15 il təşkil edir. Gözlənilir ki, vəsait "Monteput" dövlət müəssisəsinə ayrılacaq.

 Məsələ iki ölkənin ekspertləri səviyyəsində müzakirə olunacaq.






Fikirlər