Yerli məhsullara alıcı marağını inzibati üsullarla artırmaq doğrudurmu?

Vüqar Bayramov: “Dünya praktikasında bu cür nümunələr mövcuddur”

Son günlər xaricdən ölkəmizə gətirilən toyuq, gön-dəri və s. məhsullarla bağlı gömrük rüsumunu artırılması müşahidə edilməkdədir. Məqsəd xaricdən gətirilən bu məhsulların qiymətinin artırılmasına nail olmaqla, yerli məhsullara marağı artırmaq, insanların daha çox yerli məhsullar almasını təmin etməkdir.

Maraqlıdır, yerli istehsal nümunəsi olan məhsullara marağı bu şəkildə artırmaq nə dərəcədə doğrudur? Bu məqsədə inzibati üsullardan istifadə etmək məntiqlidirmi? Dünya praktikasında bu cür nümunələr varmı?

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov beynəlxalq praktikada bu üsuldan istifadə edildiyinə diqqət çəkdi:

“Dünya praktikasında belə təcrübələr var. Xaricdən gətirilən malları bahalaşdırmaqla yerli mallara olan marağı artırmağa çalışan ölkələr olub. Lakin burada bir məqam var. O da bundan ibarətdir ki, əsasən xaricdən gətirilən o məhsulların qiyməti artırılır ki, yerli istehsal həmin məhsullarla istehlakçıları tam, yaxud əhəmiyyətli dərəcədə təmin edəcək səviyyədə olsun. Yalnız bu halda xaricdən gətirilən məhsullarla bağlı vergilər artırılır. Bu da onunla bağlıdır ki, xaricdən gətirilən məhsullar bahalaşanda, vətəndaşlar yerli məhsullara üstünlük verirlər. Bizdə xaricdən gətirilən məhsullarla bağlı vergilərin arıtırlması ilə yanaşı, yerli istehsalın sitimullaşdırılması yönündə addımların atılmasına da ehtiyac var”.

 






Fikirlər