“Ümidsiz kreditlər”in artmasına şərait yaratdı” - Mərkəzi Banka ittihamlar

 Картинки по запросу vüqar bayramlı

"Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb”.

 

Bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2016-cı ilin əvvəllərində bu göstərici 1 milyard 314 milyon manat olub: "Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir”.

 

Ekspert qeyd edib ki, sözügedən dövrdə, ümumi kredit portfelinin həcmi 16 milyard 785 milyon manat olub: "Amma problem heç də yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır.

 

Digər tərəfdən, monitorinqlər göstərir ki, problemli kreditlər "ümidsiz kreditlər” kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir”.

 

Vüqar Bayramov məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcəyini vurğulayıb: "Deməli, kompensasiya verməməklə "maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu "intizamı" pozmuş oldu”.

 






Fikirlər