Bu banklar vətəndaşları “divara dirəyib” - Siyahı

Bu banklar vətəndaşları “divara dirəyib” - Siyahı

Dolların durmadan bahalaşması dolanışığı bahalaşdırmaqdan başqa da problemlər yaradır. Bunlardan ən başlıcası isə dollar kreditləri ilə bağlıdır. Təsadüfi deyil ki, problemli kreditlərin böyük bir qismini məhz dollarla olan kreditlər təşkil edir 

Bu istiqamətdə göstərici getdikcə artır. Bununla paralel olaraq, banklarla vətəndaşlar arasında məhkəmə çəkişmələrinin də sayı artır. 
Manatla götürülən kreditin dollarla qaytarılması tələbi, maaş kartlarının dondurulması, qrup kreditlərinin yaratdığı problemlər də getdikcə artmaqdadır. 
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Politika.Az-a açıqlamasında bildirdi ki, manatla götürülən kreditin dollarla qaytarılması tələbi qanunsuzluqdur: "Bankın buna ixtiyarı yoxdur. Amma ola bilər ki, vətəndaş bankdan manatla kredit istəsin, onlar isə konvertasiya edərək dollarla vermiş olsun, bu halda ödəniş də dollarla olmalıdır. Burada hərşey bankla müştəri arasında bağlanmış müqavilədən asılıdır”.
Ə.Həsənov deyir ki, manatın get-gedə ucuzlaşması geri qaytarılmayan kreditlərin faizini kəskin artıracaq: "Nəzərə alaq ki, ölkədə kreditlərin ən azı yarıdan çoxu dollarla verilib, problemli kreditlərin də mütləq əksəriyyəti xeyli hissəsi məhz dollar kreditləridir. 
Həmin kreditlərin qaytarılması problemi daha da kəskinləşəcək. Bu gün devalvasiyadan daha çox qorxan məhz banklardır. Çünki onsuz da dollar kreditlərini geri qaytarmağa çətinlik çəkirdilər. Yenə bəzi borcalanlar qaytarırdılar. 
Bunu banklar aldatma yolu ilə geri alırdılar, yəni banklar əvvəlki məzənnə ilə borcu sildiklərini bildirirdilər. Amma bu devalvasiyadan sonra həm borcu ödəyə bilməyənlərin sayı artacaq. Həm də borcu ödəmək istəməyənlərin sayı da artacaq”. 
Ekspert dollar kreditləri ilə bağlı dəfələrlə verilən təklifləri də xatırladıb və onun həyata keçirilməməsini səhv adlandırıb: "Dəfələrlə təklif vermişdik ki, Mərkəzi Bank gərək banklara manat verəydi. 
Banklar da bu dollar kreditlərini manata çevirəydilər. Bu halda heç olmasa, bir kompromis məzənnə ilə çevirmə etməli idilər, amma etmədilər. Buna görədə o problem kəskin olaraq qalır, indi daha da kəskinləşəcək”. 
Ekspertin sözlərinə görə, qanunu pozaraq bank ödənişi qəbul etmirsə, borclu Maliyyə Bazarlarına Nəzarət Palatasına və İqtisadiyyat Nazirliyi yanında Anti inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi DövlətXidmətinə, habelə məhkəməyə şikayət edə bilər: 
"Eyni zamanda, borclu bankın qəbul etmədiyi manat məbləğini notariusun depozit hesabına qoyaraq öhdəliyini icra bilər. Beləki, MülkiMəcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa, borclu icra predmeti olan pulun otariusun depozit hesabına qoyabilər. 
Və bu barədə ləngimədən kreditora bildiriş göndərməlidir. Məcəllənin 532.3-cü maddəsinə görə pulu depozitə qoymaqla borclu öz öhdəliyindən aza dedilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur. 
Sadəcə bu halda "Notariat haqqında” Qanunun 74-cü maddəsini də nəzərə almaq lazımdır. Həmin maddəyə əsasən pul hər hansı deyil, öhdəliyin icrası yerinin notariusunun depozit hesabına qoyulmalıdır. Başqa sözlə, bankın baş ofisinə və bütün filial və şöbələrinə ərazi baxımından ən yaxın notariuslardan biri olmalıdır. Kreditin hansı filialdan alınması və ödənildiyi önəmli deyil. 
Çünki kredit bankın hər hansı filial və şöbəsində ödənilə bilər. Buna görə də sözü gedən notariuslardan birini seçmək borclunun hüququdur. 
Əmanətçilər nəzərə alsınlar ki, pulunuzu etibar etdiyiniz bank borcları qəbul etmirsə, əmanətinizi necə qaytaracaq? Maraqlısı həm də odurki, bəzi banklar artıq dollar əmanətlərini də zorla manatla qaytarır. Yəni öz borcunu manatla ödəyir, amma özünə olan borcu manatla qəbul etmir”.
Ə.Həsənov hazırda vətəndaşların üzərinə daha çox gedən, dollar kreditləri ilə bağlı daha çox problem yaradan bankların adını da çəkib. Onun sözlərinə görə, ən çox şikayət olunan banklar "Access Bank”, "Unibank”, "Bank of Baku”, VTB və "BankRespublika”dır. 
 
 






Fikirlər