Beynəlxalq Banka girov qoyulmuş müəssisələr satışa çıxarıldı – SİYAHI

beynelxalq-bank

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) idarəetməyə verdiyi problemli aktivlərin satışı davam edir.
“Report” “Aqrarkredit”ə istinadən xəbər verir ki, daha 2 müəssisə satışa çıxarılıb.

Bu, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndində yerləşən tikinti materialları istehsalı müəssisələridir. Bununla da, ABB-yə borc müqabilində girov qoyulmuş və satışa çıxarılmış müəssisələrin sayı 5-ə çatıb.
Bundan əvvəl BOKT-un investorlara təklif etdiyi Tbilisi şəhərinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsi, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi və Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi hələ ki, satılmayıb.






Fikirlər