İki bankın filialı ləğv OLUNDU
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları və “NİKOYL İKB” ASC-nin “Masallı” filialına verilmiş icazələr ləğv edilib. Palatadan “AzerTaym.az”-a daxil olan xəbərə görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib. Direktorlar Şurasının iclasında həmçinin “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.