08.09.2014- Ölkəmiz İKT-də təmsil olunacaq

08.09.2014- Ölkəmiz İKT-də təmsil olunacaqTədbir “İnfoCom-2014” İKT həftəsi çərçivəsində təşkil edilir

Azərbaycan sentyabrın 23-də Daşkənddə keçiriləcək informasiya- kommunikasiya texnologiyaları (İKT) sammitində təmsil olunacaq.

Sammit “İnfoCom-2014” İKT həftəsi çərçivəsində təşkil ediləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu il tədbirdə Azərbaycan ilə yanaşı, Koreya Respublikasının, Rusiyanın, Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın, Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Sammitə hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələri qatılırlar. Mütəxəssislər İKT-nin son bir ildə inkişaf tempini, gələcək inkişaf istiqamətlərini, dünya tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaq üçün toplaşırlar. Artıq tədbirə qeydiyyat və məruzələrin qəbulu başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox olacaq.

Sammitin bölmə iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq. Əsas müzakirə mövzularından biri “Elektron hökumət”in inkişafı olacaq. İştirakçılar, eyni zamanda, ölkədə milli informasiya-kommunikasiya texnologiyalarının inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti və s. aktual məsələləri müzakirə edəcəklər.






Fikirlər