FED-in qərarından sonra Azərbaycanda dollar BAHALAŞACAQMI?

elman rustemov elman rüstəmov mərkəzi bank merkezi bank devalvasiya manat dollar azpolitika info

“Bu gün dünyada valyuta bazarları ABŞ dollarının məzənnəsilə bağlı bahalaşmaya hazırdır. Ona görə də, dolların dəyərinin artımı bazarda çaşqınlıq yaratmır”.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, FED-in qərarından sonra ilkin dövrdə ABŞ dollarının bahalaşması labüddür.

FED-in qərarından sonra təbii olaraq dünyanın valyuta bazarında ABŞ dolların qiymətində bahalaşma müşahidə olunacaq. Bahalaşmadan bir müddət sonra isə qiymətlə yenidən sabitləşəcək”, – deyə S. Əliyev bildirib.

İqtisadçı deyir ki, FED-in qərarının Azərbaycana birbaşa təsiri olmayacaq:

“Çünki Neft Fondundan Mərkəzə Bankda 7,5 milyard pul ayrılıb. Bu vəsait dolların stabil dəyərdə saxlanmasına imkan verəcək. FED-in uçot dərəcələrini qaldırması və neftin ucuzlaşması ola bilsin ki, valyuta bazarında bir qədər gərginlik yaratsın”.

Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) növbəti iclası keçirilib. Direktorlar Şurası iki günlük iclasın nəticəsi olaraq bu gün baza faiz dərəcəsini müəyyən edib. İclasda əsas uçot dərəcəsini 1-1,25%-dək artırmaq barədə qərar qəbul olunub. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.

 






Fikirlər