FED 2017-ci ildə faiz dərəcəsinin daha iki dəfə artacaq — dollar kəskin BAHALAŞA BİLƏR
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini bu il ərzində yenə artıracaq. “Ölkə.Az” xəbər verir ki, FED-in2017-ci ildə baza faiz dərəcəsinin daha iki dəfə - 1,375% orta səviyyəsinə qədər artıracağı gözlənilir. “ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bu gün keçirilən Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası zamanı FED uçot dərəcəsini 0.5-0.75%-dən 0,75-1.0%-dək artıb. Qərarın ardınca Dollar Avro qarşısında 0,8%-dən çox ucuzlaşıb və 1.0700 səviyyəsində olub. Çünki bazarlar da bu il FED-in 3 dəfə faiz artıracağını gözləyirdi. Bu ehtimal əvvəlcədən də Dolların dəyərində əks olunmuşdu. Sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2016-ci ilin dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib. Bu dəfə uçot dərəcəsinin artımı ekspertlərin proqnozları ilə üst-üstə düşüb.