Dünyanın borcu kəskin artıb! - 327 faiz…

borc kredit

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dünyadakı borc məbləği  tarixi maksimumu təzələyərək, 2017-ci ilin birinci rübünün nəticələrinə görə, qlobal ümumi daxili məhsulun (ÜDM) 327 faizi səviyyəsinə yüksəlib.

Ümumdünya borcunun həcmi 2017-ci ilin birinci rübündə rukord məbləğə çatıb. Bu məlumatlar Beynəlxalq maliyyələr institutu tərəfindən hazırlanmış dünya borc bazarı üzrə şərhdə öz əksini tapıb.
Sənəddə göstərildiyi kimi, toplam borca hökumətlərin, bankların, korporasiyaların və ev təsərrüfatlarının borcları daxil edilir. Bu zaman, borc yükü bərabər paylanmır – bəzi ölkələrdə/ sahələrdə o, azalır, digərlərində isə əksinə, artır.
İl ərzində ən kəskin borc yüksəlişini dünyanın nəhəng iqtisadiyyiyatları nümayiş etdirib – ABŞ və Çin. Çində artım 32,7 trilyon dollar təşkil edib, ABŞ-da isə 63,0 trilyon dolları adlayıb.
İnkişaf etməkdə olan bazarların toplam borcu 3,0 trilyon dollar artaraq, 56,0 trilyon dolları adlayıb (ÜDM-n 218,0 faizi).
Borcun ÜDM-ə görə ən sürətli artımı Çində, Çilidə, Kolumbiyada, Türkiyədə müşahidə olunub. Tailandda, Braziliyada, Rusiyada və Macarıstanda isə əksinə, bu göstərici azalıb.
Sənəddə qeyd olunur ki, Rusiyada son 4 rübdə yalnız dövlət borcu aptıb – 15,9 faiz ÜDM-dən (2016, mart) 16,3 faiz ÜDM-ə (2017, mart) qədər.
Ev təsərrüfatlarında borcun ÜDM-ə olan nisbəti 15,6 faizdən 14,7 faizə düşüb. Maliyyə sektorunda isə bu göstərici 14,4 faizdən 11,8 faizə enib.

 






Fikirlər