Böhran özəl klinikaları da “vurdu”: Səhiyyə xidmətləri bahalaşır

Böhran özəl klinikaları da “vurdu”: Səhiyyə xidmətləri bahalaşırHazırda 18 faiz əlavə dəyər vergisinin tətbiqindən söhbət gedir, bu, qiymətlərə də təsir edəcək”

Son günlər Vergilər Nazirliyi özəl səhiyyə müəssisələrinə qarşı tələblərini gücləndirib. Musavat.com-a verilən məlumata görə, son bir neçə gündə təkcə Bakı şəhərində olan 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. “Xronometraj” yoxlaması başa çatdıqdan sonra isə tibb müəssisəsinin rəhbərinə müəyyən məbləğin ödənilməsi tapşırılıb.

Proqnozlara görə, yeni vergi sisteminin tətbiqi tibbi xidmətlərin bahalaşmasına səbəb olacaq.

Səslənən fikirlərlə bağlı, özəl klinikalardan münasibət öyrənməyə çalışdıq. Lakin özəl klinikalar “xronometraj” yoxlamalarının keçirilməsi haqqında məlumat verməkdən imtina edərək, onlarda xidmətlərin əvvəlki qaydada qalacağını bildirdilər.

Böhran özəl klinikaları da “vurdu”: Səhiyyə xidmətləri bahalaşırÖzəl klinikalardan birində çalışan tibb elmləri doktoru Adil Qeybulla isə söylənən faktların doğru olduğunu vurğulayaraq, bu kimi halların səhiyyədə qiymət artımına səbəb olacağını bildirdi: “Hazırda 18 faiz əlavə dəyər vergisinin tətbiqindən söhbət gedir. Belə olan halda, bu qiymətlərə təsir edəcək. Həmçinin bəzi dərman preparatlarının, tibbi avadanlıqların bahalaşması qeydə alınıb. Bunlar hamısı qiymətlərə də təsir edəcək”.
Özəl səhiyyə müəssisələrində “xronometraj” yoxlamalarının aparılmasına gəlincə, Adil Qeybulla bildirdi ki, hər ilin əvvəlində Vergilər Nazirliyi özəl klinikalarda yoxlamalar aparırdı, lakin bu il əlavə vergilər tətbiq olunub: “Xronometraj vergi yoxlamalarının bir qaydasıdır. Ancaq faizlik əlavə dəyər vergisi yeni tətbiq olunmağa başlayıb. Bu, qiymətlərə sözsüz ki, təsir edəcək. Mən belə başa düşürəm ki, neftin ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalması da burada rol oynayır. Hökumət büdcəyə daha çox vəsait cəlb etmək üçün bu addımı atıb”.

Böhran özəl klinikaları da “vurdu”: Səhiyyə xidmətləri bahalaşır Sabiq millət vəkili Nazim Məmmədov sahibi olduğu “Loğmed” klinikasında da bu cür vergi yoxlamalarının keçirildiyini təsdiqlədi: “Bu yaxınlarda bizim klinikada da Vergilər Nazirliyinin əməkdaşları tərəfindən xronometraj aparılıb. Təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, mənim sahibi olduğum klinika da vergiləri vaxtında verir və heç bir vergi problemi yoxdur. Ancaq büdcənin neft gəlirləri azaldığına görə vergi bazasının artırılması ilə bağlı iqtisadi subyektlərə vergi təzyiqinin artacağı gözlənilən idi. Bu istiqamətdə həm inzibati tədbirlər, həm də vergi ödənişləri artırılıb”.


Böhran özəl klinikaları da “vurdu”: Səhiyyə xidmətləri bahalaşır Klinika rəhbəri Vergilər Nazirliyinə səslənərək, daha çox dövlətin balansında olan tibb müəssisələrində yoxlamalar aparmağa çağırdı: “Ancaq yalnız özəl klinikaların deyil, dövlət klinikalarının da üzərinə getmək lazım idi. Onlar dövlətdən maliyyələşirlər, dövlət tərəfindən hər cür avadanlıqla, tibbi ləvazimatla təmin olunurlar, dövlət büdcəsi hesabına təmir olunurlar. Lakin vətəndaşlara pullu xidmət göstərirlər. Hazırda bir çox dövlət klinikalarının qiymətləri özəl klinikaları geridə qoyub. Dövlət klinikaları daha çox vergidən yayınır. Özəl klinikalar qiymətlərin aşağı olmasında maraqlıdırlar. Çünki onlar rəqabətdədirlər və insanları cəlb etmək üçün daha ucuz və daha keyfiyyətli xidmət göstərməyə çalışırlar. Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Klinik Xəstəxana, Gömrük Xəstəxanası və digər ödənişli əsaslarla fəaliyyət göstərən tibb müəssisələri həm dövlət büdcəsindən maliyyələşirlər, həm də vergidən yayınırlar. Bu istiqamətdə getmək lazımdır”.

Özəl klinikalara yeni vergilərin tətbiq olunmasının qiymətlərə də təsir göstərəcəyi şübhəsizdir. Bu isə daha çox vətəndaşın xaricdə müalicə olunmağa üstünlük verməsinə səbəb olacaq.






Fikirlər