Nazirlik özəl klinikanın fəaliyyətini dayandırdı

Nazirlik özəl klinikanın fəaliyyətini dayandırdıAzərbaycanda özəl klinikalardan birinin - “Atlas Medical Center” MMC-nin fəaliyyəti dayandırılıb.

"Trend"-in xəbərinə görə, klinikanin fəaliyyətinin dayandırılması onun fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub.

Səhiyyə Nazirliyindən adıçəkilən klinikanın bağlanması faktını təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Səhiyyə Nazirliyinə “Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində “Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib.

A.Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.






Fikirlər