MƏRKƏZİ BANK uçot DƏRƏCƏSİNİ AŞAĞI saldı

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə,  faiz dəhlizinin yuxarı və  aşağı həddinin müsbət və mənfi 3   faizə endirilməsi barədə qərar qəbul edib.

"AzerTaym.az"xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş  mətbuat konfrasında deyib.

O, qeyd edib ki, bu qərar ölkədə makroiqtisadi sabitliyin artırılmasına yönəlib:

"Ötən il inflyasiya birrəqəmli olub. Bu ərzaq məhsullarında 4,5 faiz qeyri- ərzaq məhsulları üzərində 4,3 faiz üzərində olub. Ticarət balansı xidmət balansında 2,2 milyard artıb. Birinci rübdə manatla pul bazası isə 11 faiz artıb".

MB sədri manatın məzənnəsindən də danışıb. O qeyd edib ki, ölkədə valyuta auksionlarının əksəriyyətində təklif tələbi üstələyib: "Biz buna görə də Azərbaycan valyutasının ucuzlaşmasında heç bir səbəb görmürük . Həm də nəzərə alaq ki ötən ilə nisbətən bu dövrdə neftin qiyməti 25 faiz yüksək olub".

 

 






Fikirlər