"Yeni büdcə qaydamız neftdən asılılığın azaldılmasına yönəlib. Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu, ikinci zərbə kimi endirilmiş olacaq. Yeni büdcə qaydasına riayət etsək özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq”.
modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib. Nazir bildirib ki, Dövlət Neft Fondundan büdcəyə transfert eyni zamanda tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir.
"Fond valyuta bazarına müəyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli intizamlı həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və eyni zamanda həmin optimal səviyyəni qarşılamalıdır."
S.Şərifov gəlirlərlə bağlı risk faktorlarını sadalayıb.
"Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilolmalarımız ola bilər. Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə artır. Nəticə etibari ilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq".
O bildirib ki, digər risk neftin qiymətinin azaldığı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər. "Biz də bunun əhəmiyyətli risk kimi qiymətləndirmirik."
Fikirlər