Vahid Ələkbərov OPEC+un NEFT HASİLATINI azaldacağı ehtimalına MÜNASİBƏT BİLDİRİB

OPEC+ ölkələri tərəfindən neft hasilatının məhdudlaşdırılmasına dair qərar qəbul edilərsə, bu müntəzəm olmalıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.

"Məhdudiyyət müntəzəm olmalıdır, ötənilki kimi", - deyə o bildirib

Bundan əvvəl OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.






Fikirlər