CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-u 62,73 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,81 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-u 61,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 10-u 57,42 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,86 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 10-u 60,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel azdır.
Fikirlər