Azərbaycan NEFTİ UCUZLAŞIR

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 62,73 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,21 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 11-də 61,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 11-də 57,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 11-də 59,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.






Fikirlər