“Yanğınla bağlı yekun rəy veriləcək” - İCRA BAŞÇISI
Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusunda baş verən yanğından zərər çəkmiş sakinlər müvəqqəti olaraq məskunlaşdırılacaqlar.
Bu barədə Bakının Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov məlumat verib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.
A. Qasımov deyib ki, yanğın baş verən binaya baxış keçiriblər: “Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə işləyirik".(Report)