“İş adamları dağlara dağ çəkirlər” – İnstitut direktoru
“Azərbaycan coğrafi baxımdan kiçik bir ölkədir. Şimaldan Cənuba məsafə 400 kilometr, Qərbdən Şərqə 500 kilometrdir. Bu kiçik rəqəmlərə baxmayaraq, Azərbaycan geniş diapazona malikdir. Bu geniş diapazonda kəskin dəyişmələr baş verir”. Modern.az xəbər verir ki, bu fikirləri Qərbi Kaspi Universitetində keçirilən plenar iclasda Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib. Ramiz Məmmədov daha sonra Azərbaycan landşaftlarının dağ ərazilərində xüsusiyyətlərindən, burada baş verən təbii təhlükə və risklərdən, endogen və ekzogen proseslər barədə məlumat verib: “Bildiymiz kimi Azərbaycan Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talış dağlarıyla əhatə olunub. Azərbaycanın orta hündürlüyü 384 m-dir. Amma bəzi iş adamları dağlara dağ çəkirlər. Özbaşınalıq baş alıb gedir. Bunu Böyük Qafqaz dağına qalxsaq da görə bilərik. Bundan əlavə Ramiz Məmmədov baş verən təbii fəlakətlərdən danışıb.“Bayıl sürüşməsi haqqında danışmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, istənilən yamac potensial olaraq sürüşmə zonasıdır. Amma bu yamaclar 2 qüvvələrin tarazlığı olduğu zaman heç bir sürüşmə baş verməz. Birinci həmin qrupun aşağı yönəlmiş cazibə qüvvəsidir. İkinci isə həmin qrupun sürüşməsi ilə yaranan sütrünmə qüvvəsidir. Əgər bu 2 qüvvə arasında tarazlıq olursa, heç bir sürüşmə hadisəsi baş verməz”. Tədbirdə iştirak edən rabitə elmləri üzrə professor irlandiyalı Michael Maunsell Modern.az-a Azərbaycan və Bakı barədə təəssüratların bölüşüb: “Məncə ölkəni gözəlləşdirən orada yaşayan insanlardır. Mən diqqət etdim ki, azərbaycanlılarla irlandiyalılar arasında oxşar cəhərlər çoxdur. Məsələn, azərbaycanlılar da irlandiyalılar kimi çox gülümsəyir və salamlaşmağı sevirlər”.