Abşeronda yeni mebel istehsalı müəssisəsinin açılışı oldu - FOTO

Abşeronda yeni mebel istehsalı müəssisəsinin açılışı oldu

  Abşeron rayonunun Xırdalan şəhərində yeni inşa edilən mebel istehsalı müəssisəsinin açılışı olub. 

“AzerTaym.az" bildirir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib.

Bildirilib ki, “CASPİAN DESİGN FURNİTURE” şirkəti tərəfindən yerli investisiyalar hesabına qurulan müəssisənin inşasına 2019-cu ilin yanvar ayında başlanılıb. Ümumi ərazisi 2.5 hektar, istehsal sahəsi 1200 kv.metr, anbar 1200 kv.metr, köməkçi sahəsi isə 400 kv.metr təşkil edir. (Tikililərin ümumi sahəsi 2600 kv.metr) Avadanlıqlar İtaliya və Türkiyə Respublikasından gətirilib. Ümumilikdə 3 milyon manata yaxın investisiya qoyulub. Müəssisədə hazırda 30 nəfər işlə təmin olunub. Ümumilikdə isə 100 nəfərə yaxın işçinin işlə təmin olunması və il ərzində təxminən 1200 dəst müxtəlif növ mebel istehsalı nəzərdə tutulur.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

 İ.Gülməmmədova isə çıxışında rayonda sahibkarlara yaradılan şəraitdən danışıb. Rayon əhalisinin sayının 500 mini ötdüyünü vurğulayan başçı yerli sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə çox mühüm layihələr həyata keçirildiyini bildirib. Ötən il respublika üzrə Abşeron rayonunun investisiya qoyuluşuna görə birinci yerdə qərarlaşdığını deyən İ.Gülməmmədovanın sözlərinə görə, son 7 il ərzində rayon dotasiya almadan özü-özünü maliyyələşdirib.

Tədbirdə çıxış edən Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

 









Fikirlər