CAVİD QURBANOV Sebastian Molineusunu qəbul etdi - FOTOLAR

Cavid Qurbanov Sebastian Molineusunu qəbul etdi- FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüş keçirilib.

 Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a daxil olan məlumatda bildirilir ki,ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən irihəcmli işlər  barədə qonağa ətraflı məlumat verib.

Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı, cari ilin 16-24 iyul tarixlərində DB-nin  layihə ilə bağlı  ölkəmizdə olan faktaraşdırıcı missiyanın  səfərinin nəticələri, “Azərbaycan Dəmir Yolları” QSC-də İdarəetmənin təkmilləşdirilməsi, İnstitusional islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması  istiqamətində həyata keçirilən instusional və struktur islahatları barədə müzakirələr aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktoru Verner Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi iştirak edib.

Cavid Qurbanov Sebastian Molineusunu qəbul etdi- FOTOLARCavid Qurbanov Sebastian Molineusunu qəbul etdi- FOTOLARCavid Qurbanov Sebastian Molineusunu qəbul etdi- FOTOLAR






Fikirlər