KAPİTAL BANK Beynəlxalq Təhsil Sərgisinin rəsmi TƏRƏFDAŞIDIR

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“EduExpo”)  rəsmi tərəfdaşıdır. Bu ilki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Bankın mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumata görə, tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – 2019 Nəsimi ili” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinova təqdim edildi.

Sərgi dünyanın 22 ölkəsindən 150 iştirakçını bir araya gətirib. Beynəlxalq Təhsil Sərgisində hər il olduğu kimi aparıcı ali təhsil müəssisələri, o cümlədən, orta ixtisas təhsil müəssisələri və ixtisasartırma mərkəzləri iştirak edirdi. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxil edilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır






Fikirlər