Rayonlara ayrılan adambaşına səhiyyə xərcləri niyə fərqlidir?

Rayonlara ayrılan adambaşına səhiyyə xərcləri niyə fərqlidir?

"Hesablama Palatasının bəzi rayon xəstəxanlarında 2015-ci ildə keçirdiyi auditin nəticələri qarşıma çıxdı. Mən ilk dəfə idi qarşılaşırdım bu faktlarla. Deməli, 2015-ci ildə Sabirabad mərkəzi xəstəxanasına rayon əhalisinin hər nəfəri hesabı ilə 1.15 manat dərman xərci ayrılıb. Bu göstərici Ağcabədi üzrə 3.7 manat, Masallı üzrə 0.8 manat təşkil edib."
"AzerTaym.az" qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev səhiyyə xərcləri ilə bağlı şərhində deyib
Ekspert bildirib ki, 2015-ci ildə Sabirabad mərkəzi xəstəxanasına rayon əhalisinin hər nəfəri hesabı ilə 0.88 manat ərzaq xərci ayrılıb. Bu göstərici Ağcabədi üzrə 0.8 manat, Masallı üzrə 0.31 manat təşkil edib. 
Rövşən Ağayevin fikrincı, bu fərqi izah edən əsaslı cavablar olmalıdır:  "Yoxdursa, demək ki, xərcləmələrdə ciddi problem olub".
Təkcə səhiyyə xərclərinin timsalında rayonlararası fərqlərə diqqət edirsinizmi?
İctimai maliyyə şəffaflığı, maksimum informasiya açıqlığı ona görə lazımdır ki, vətəndaş, media və sivil toplum həmişə səlahiyyət sahiblərinə "niyə" sualı verə, onları sorğulaya bilsin.






Fikirlər