Gələn il 33 icra başçısı büdcəyə kənardan baxacaq- Dotasiya ayrılmayacaq

icra

2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır.

Maliyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək.

Bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.

Gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırlıb.

Beləliklə əgər indiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdəcədən dotasiya almırdılarsa, gələn il onlara aşağıdakı rayon və şəhərlər də qoşulacaq:

Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları.

Bu 33 rayon və şəhər 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.

2017-ci ildə dövlət büdcəsinin yerli xərcləri 718,3 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 820,0 mln. manat və ya 53,3 faiz azdır.
Dövlət büdcəsinin yerli gəlir və xərcləri 2017-ci ildə yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat həcmində proqnozlaşdırılır. Xərclərin azalmasının əsas səbəbi təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla) və mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin xərclərinin yerli xərclərdən çıxarılaraq mərkəzləşdirilmiş xərclərə aid edilməsi ilə bağlıdır.






Fikirlər