“Azərbaycan Dəmir Yolları”nda qərargah yaradıldı - Koronavirusa görə
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. "AzerTaym.az" xəbər verir ki, bu barədə qurumun mətbuat katibliyindən bildirilib. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.