Deputat: “Dünyanın yeni iqtisadi düzəni FORMALAŞIR”
Texas markalı (WTI) neftin 1 bareli 1 dollardan ucuz satılır. Neftin qiyməti sıfıra yaxınlaşır. Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda bütün birjalar da dalğalanır:
"Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir. Bu artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər. Deməli, post-pandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir".
Onun sözlərinə görə, pre-pandemiya dövrü isə xəyal olaraq qalmaqdadır:
"Həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzənə hazırlıq başa çatmaqdadır"