Azərbaycanda bu tarixdən avtobusların istehsalına başlanılır
Azərbaycanda yük avtomobilləri və avtobusların istehsalına başlanılır. Söhbət Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihədən gedir. Bu barədə “MediaPost”a açıqlamasında “Azərmaş” şirkətinin direktoru Emin Axundov deyib. O qeyd edib ki, Hacıqabul Avtomobil Zavodunun açılışı bu ilin oktyabr ayına planlaşdırılır. Rusiyadan gətirilən ehtiyat hissələri ilə zavodda mikroavtobuslar - "QAZel Next", "QAZel Biznes",orta tonnajlı yük maşını - "QAZon Next"in yığımı həyata keçiriləcək. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır. 100 nəfər işçinin çalışacağı zavodda ildə 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq.