Mühafizə, yoxsa maxinasiya: Peşə məktəbində NƏ BAŞ VERİR?
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühafizəsinə ayda 12 min manatdan çox vəsait xərclənəcək.
"AzerTaym.az" qaynarinfo-ya istinadən xəbər verir ki, publik hüquqi şəxs olan Peşə Təhsl Mərkəzi dekabrın 15-də gələn il üçün mühafizə xidməti üzrə tender keçirib. Tenderin qalibi son vaxtlar təhsil müəssisələrinin mühafizəsi ilə bağlı satınalmaları ən çox qazanan "Gesco” ASC olub.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 12 ay müddətində göstərilən mühafizə xidmətinə görə, ASC-yə 145 min 200 manat ödəyəcək.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də dekabrın 15-də 116 min 160 manat dəyərində olan mühafizə xidmətini "Gesco” ASC-yə verib.